Biz meyvə yetişdirilməsindən emala, qablaşdırmadan çatdırılmayadək bütün xidmətləri həyata keçiririk. Meyvələrimizi əsasən ixrac edir, bir hissəsini də daxili bazarda satırıq.
Yaş meyvələr -2/+ 5 hərarətli, atmosfer nəzarətli soyuducu kameralarda 90-95%-lik nisbi rütubətdə saxlanılır və satışdan öncə şanəli kağız qutulara qablaşdırılaraq müştəriyə təhvil verilir.
Nəqliyyat (quru, hava, dəniz, dəmir yolu) və çatdırılma (incoterms) şərtləri müştərinin tələbi ilə razılaşdırıla bilər.